Azərbaycan 2-ci MDB Oyunlarına namizədliyini irəli sürdü – rəsmi

Azərbaycan MDB ölkələrinin 2-ci Oyunlarına namizədliyini rəsmən irəli sürüb.

Komanda.az xəbər verir ki, bu barədə MDB-yə üzv ölkələrin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığa dair şurasının iclasında gənclər və idman nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Namiq Novruzov açıqlama verib.

Novruzov son zamanlar Azərbaycanda idmanın inkişafına və idman infrastrukturlarının yaradılmasına böyük diqqətin yetirildiyini, ölkədə böyük idman yarışlarının təşkil edildiyini diqqətə çatdırıb. O, 2-ci MDB Oyunlarını da təşkil etməyə hazır olduqlarını vurğulayıb.

Toplantıda Belarus nümayəndəsi də növbəti Oyunlar üçün namizədliyini irəli sürüb.

Təşkilatçı ölkə MDB İcraiyyə Komitəsinin dekabrda keçiriləcək iclasında seçiləcək. Növbəti Oyunlar 2023-cü ildə təşkil olunacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button