“Keşlə”nin hazırlıq planı məlum oldu

Azərbaycan kubokunun son qalibi “Keşlə”nin hazırlıq planı bəlli olub.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, Sənan Qurbanovun rəhbərlik etdiyi kollektiv iyun ayının 15-dən etibarən məşqlərə başlayacaq.

UEFA Konfrans Liqasına vəsiqə qazanmış komandanın hazırlıq planı iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə Bakıda məşqlərə başlayacaq “Keşlə” iyulun 1-də Qəbələyə yollanacaq. Bakı toplanışından öncə komanda üzvləri tibbi-müayinədən keçəcəklər. “Keşlə” iyunun 27-də Bakıda yoxlama matçı keçirməyi planlaşdırır.

1-14 iyul tarixlərini əhatə edəcək ikinci mərhələdə komanda 5,10,14 iyul tarixlərində üç yoxlama matçı keçirməyi planlaşdırır.

Yoxlama oyunlarındakı rəqiblər hələ məlum deyil.