
Azərbaycan kuboku: Finalda 24-cü dəfə fərqli komandalar üz-üzə gələcək
Azərbaycan kubokunun finalında 24-cü dəfə fərqli komandalar üz-üzə gələcəklər.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, əvvəlki 30 finalda 23 fərqli cüt qarşılaşıb
Əvvəlki 23 cütdən biri 3, beşi 2, digərləri bir dəfə qarşılaşıb. Rekord “Neftçi” ilə “Qarabağ”a məxsusdur. Üç dəfə baş tutan cütün duellərində bakılılar 1995/1996 (3:0), ağdamlılar 2014/2015 (3:1) və 2015/2016 (1:0) mövsümlərində qalib gəlib.
Dörd cütdə isə eyni komanda hər iki matçda qələbəyə sevinib. “Neftçi” “Şəmkir”i 1998/1999 (0:0, pen.5:3) və 2003/04 (1:0, əlavə vaxtda), “Kəpəz” “Qarabağ”ı 1997/1998 (2:0) və 1999/2000 (2:1), “Xəzər Lənkəran” “İnter”i 2007/2008 (2:0, əlavə, vaxtda) və 2010/11 (1:1, pen.4:2), “Qarabağ” “Zirə”ni 2021/2022 (1:1, pen. 4:3) və 2023/2024 (2:1) mövsümlərində üstələyib. “Neftçi” ilə “Qəbələ”nin finallarında isə hər komanda bir dəfə qalib gəlib. 2013/2014 mövsümündə bakılılar (1:1, p.3:2), 2022/2023 mövsümündə isə qəbələlilər (1:0, əlavə vaxtda) kuboka sahib çıxıblar.
Azərbaycan kubokunun finalında bu dəfə “Qarabağ” və “Sabah” komandaları üz-üzə gələcəklər. Həlledici matç mayın 31-də keçiriləcək.
Bizi Facebook-da izləyin



