Azərbaycan millisi İspaniya ilə bacarmadı

Avropa çempionatının elit-raund mərhələsinə hazırlıq məqsədilə İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, yığmamız Bakı vaxtı ilə saat 20:00-da başlayan oyunda ispaniyalı həmyaşıdları ilə qarşılaşıb.

Vüqar Məmmədin çalışdırdığı kollektiv bu görüşdən məğlub ayrılıb.

Yoxlama oyunu
12 fevral

İspaniya – Azərbaycan 2:0

Azərbaycan: Nicat Mehbaliyev (k), İbrahim Hüseynov, Rauf Hüseynli, Elnur İbrahimov, Vüsal Məsimov, Turan Vəlizadə, Şakir Seyidov, Kamran Quliyev, Elvin Cəfərquliyev, Tural Bayramov, Musa Qurbanlı.
Ehtiyat oyunçular: Nail Alışov, Rüstəm Nuriyev, Zahid Mərdanov, Zamiq Əliyev, Xəyal Muradov, İdris İnqilablı, İsmayıl Zülfüqarlı, Murad Mahmudov, Maksim Bayramov, Əkbər Vəliyev.
Baş məşqçi: Vüqar Məmməd.