Azərbaycan idmançılarının noyabr üçün reytinq cədvəli açıqlanıb

Gənclər və İdman Nazirliyi olimpiya növləri üzrə milli komandaların idmançılarının noyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.

Komanda.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, bədii gimnastika üzrə qrup hərəkətləri komandası 685 xalla siyahıya başçılıq edir.

Bədii gimnast Zöhrə Ağamirova 640 xalla ikinci, idman gimnastı İvan Tixonov isə 390 xalla üçüncü pillədə qərarlaşıb.

Reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyinin müəyyənləşdirdiyi qaydalara uyğun aparılır.

Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun xallar hesablanır.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button