Azərbaycan güləşçiləri Bakıdakı DÇ-ni 21 medalla başa vurdular

Azərbaycan güləşçiləri Bakıda hərbçilər arasında keçirilən 36-cı dünya çempionatını 21 medalla başa vurublar.

Komanda.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində təşkil olunan yarışın sonuncu günündə yunan-Roma güləşçiləri mübarizə aparıblar.

Qurban Qurbanov (77 kq) və Nihad Quluzadə (60 kq) qızıl, Laçın Vəliyev (87 kq) isə gümüş mükafata sahib çıxıblar.

Azərbaycan idmançıları daha əvvəl mundialın ilk üç günündə 10 qızıl, 2 gümüş və 6 bürünc medal qazanmışdılar.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button