“Azərbaycan güclü komandadır” – Voroqovski

UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda keçiriləcək Azərbaycan – Qazaxıstan matçından öncə təşkil olunan mətbuat konfransında qonaq komandanın futbolçusu Yan Voroqovski jurnalistlərin suallarını cavablandırıb.

Komanda.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib:

  • Sabahkı oyun çətin olacaq. Azərbaycan güclü komandadır. Biz bunu bilirik. Maksimum nəticə əldə etmişik, amma sabah qələbə qazanmaq istəyirik.
  • Düşünmək olar ki, sabah tam güc xərcləməyəcəksiz?
  • Sabah yüz faizlik nəticə əldə edəcəyik. Hansı taktika ilə oynamışıqsa, yenə də eynisini tətbiq edəcəyik.
  • Azərbaycanın son iki oyunda qələbə qazanması sizi narahat etmir?
  • Rəqibi təbrik edirik. Biz onları ciddi rəqib hesab edirik. Onlarla oyunda güclü oynamaq lazımdır.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button