
Azərbaycan gimnastları dünya kubokunu 6 medalla bitirdilər
Azərbaycan gimnastları Bakıda keçirilən dünya kubokunu 6 medalla başa vurublar.
Komanda.az xəbər verir ki, son olaraq Selcan Mahsudova – Maqsud Mahsudov cütü qarışıq sinxron proqramda qızıl mükafat qazanıblar.
Onlar yarışda birinci yeri tutublar. Daha əvvəl tamblinqçilərdən Mixail Malkin qızıl, Tofiq Əliyev gümüş medala yiyələnib.
Batutçulardan Maqsud Mahsudov – Hüseyn Abbasov cütü və Selcan Mahsudova – Şəfiqə Hümbətova cütü sinxron proqramda bürünc, Selcan Mahsudova fərdi yarışda gümüş mükafata sahib çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



