
Azərbaycan cüdoçuları üçün Sarayevo sınağı
Azərbaycan cüdoçuları 16–17 may tarixlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək kata üzrə Avropa çempionatında çıxış edəcəklər.
Komanda.az xəbər verir ki, qitə yarışında kata üzrə son ölkə birinciliyinin qalibləri Famil Əsədov (tori) və Yusif Əhmədov (uke) ölkəmizi təmsil edəcəklər.
Cüdoçularımız gənclər arasında “nage-no-kata” proqramı üzrə bacarıqlarını nümayiş etdirəcəklər.
Beynəlxalq turnirdə 26 ölkədən 346 idmançı mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



