Azərbaycan çempionunun rəqibi bəlli oldu – ÇL-də

Futzal üzrə UEFA Çempionlar Liqasında 2020/21 mövsümünün ilk püşkatması keçirilib.

Komanda.az xəbər verir ki, koronavirus pandemiyası səbəbindən ilk dəfə yeni formatda keçiriləcək turnirin ilkin mərhələsinin cütləri bəlli olub.

Bu raundda yarışacaq 46 komanda 23 cüt təşkil edib. Azərbaycan çempionu “Araz” Yunanıstanın AEK klub ilə qarşılaşacaq.

Oyunlar noyabrın 24-29-da keçiriləcək. Mərhələnin qalibi bir matçda müəyyənləşəcək. Naxçıvan təmsilçisi püşkə əsasən startdakı görüşünü səfərdə keçirəcək.

Qeyd edək ki, 23 cütün qalibi və ilkin mərhələdən azad olan 9 komanda 1/16 finalda mübarizə aparacaq. Bu mərhələnin püşkü dekabrın 4-də, oyunları 2021-ci il yanvarın 12-17-də keçiriləcək.