Azərbaycan çempionatına yekun vuruldu

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatı başa çatıb.

Komanda.az xəbər verir ki, körpücük üzərinə son olaraq 109 kq və +109 kq çəki dərələrində yarışan idmançılar çıxıb.

Müvafiq olaraq toplam 270 kq (115+155) nəticə ilə İsmayıl Qurbanov və toplam 312 kq (140+172) nəticə ilə Həsənbəy Həsənzadə öz çəkilərində qalib adını qazanıblar.