Azərbaycan boksçuları beynəlxalq turnirdə mübarizə aparacaq

Noyabrın 9-da Polşanın Keltse şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək.

Boks Federasiyasından Komanda.az-a verilən məlumata görə, 5 gün davam edəcək yarışda milli 13 idmançı ilə təmsil olunacaq.

Yığmanın məşqçilər korpusu yarışda Məsud Yusifzadə (51 kq), Ruslan Qədirov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Eldar Əliyev, Alfonso Dominqes (hər ikisi 86 kq), Rauf Rəhimov (92 kq) və Məhəmməd Abdullayevə (+91 kq) şans verəcək.

Bu gün Polşaya yollanan boksçular noyabrın 14-də vətənə dönəcək.

Yarışın püşkü noyabrın 8-də atılacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button