“Kəpəz”də yeni təyinat

Azərbaycanın 1-ci divizion təmsilçisi “Kəpəz” klubunda yeni təyinat olub.

Komanda.az xəbər verir ki, klubun icraçı direktoru vəzifəsi İlqar Nadiriyə tapşırılıb. Bu barədə Gəncə təmsilçisinin rəsmi “facebook” səhifəsi məlumat yayıb.

Təyinatla bağlı “Kəpəz”in kuratoru İsgəndər Cavadov klubun mətbuat xidmətinə qısa açıqlama verib:

“İlqar Nadiri bacarığına, qabiliyyətinə inandığımız insandır. Gəncdir, enerjilidir və klubun hərtərəfli inkişafında rol oynacağını düşünərək bu vəzifəyə təyin edilib. Yeni icraçı direktor komandanın qarşıya qoyduğu hədəflərə çatmasında öz dəstəyini verəcək”.

“Kəpəz” 1-ci divizonda 10-cu sırada qərarlaşıb.