Ayxan Abbasov: “Şamaxı” evdə heç kimə rahat uduzmayıb”

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 21-ci turunda “Şamaxı”nı məğlub edib (1:0).

Komanda.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında tovuzluların baş məşqçisi Ayxan Abbasov matçla bağlı fikirlərini bölüşüb:

“Vacib qələbə qazandıq. Çünki çətin səfərdəydik. “Şamaxı” evdə yaxşı və əzmkar oynayır. Bilirdik ki, burada hər komanda qalib gələ, xal apara bilmir. Son oyunlarımızda bir az şanssızlıq olurdu. Halbuki xallar qazana bilərdik. Hansısa dəqiqələrdə səhvlər məğlubiyyətimizə səbəb olurdu. Bu gün daha diqqətli və etibarlı oynadıq. Çünki biz də, “Şamaxı” da uduzmaq istəmirdi. Şükürlər olsun ki, qalib gəldik.

Real baxaq ki, “Şamaxı” evdə heç kimə rahat uduzmayıb. Bəlkə də, heç kəs gözləmirdi, amma bu il yaxşı futbol göstərirlər. Yerlilərdir hamısı. Çox futbolçu burada üzü çıxdı. İddialı komandalar da Şamaxı səfərində əziyyət çəkiblər, qalib gələ bilməyiblər.

“Şamaxı”, “Kəpəz”, “Qəbələ”, “Turan Tovuz” – ümumiyyətlə, bölgə klublarına sponsor lazımdır. Çünki təkcə dövlətin ayırdığı pulla mübarizə aparmaq olar, amma inkişaf etmək çox çətindir. Bu gün həm icra hakimiyyəti, həm AFFA, həm də FİF həqiqətən sponsor axtarır. Belə söhbət var. Yəqin ki, yaxınlarda dəqiqləşsə, ictimaiyyətə də bildiriləcək.Bu gün tam dəqiq bir şey deyə bilmərəm. Fikrim budur ki, bölgə klublarına sponsor olmalıdır ki, dediyimiz çatışmazlıqları aradan qaldıraq, uşaq futbolunun və əsas komandanın inkişafında rol oynasın”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button