Ayxan Abbasov: “Keşlə”nin müdafiə xəttini yarmaq çətin idi”

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

  • “Keşlə”nin gücünü bilirdik. Təsadüfi deyil ki, bu komanda çempionatda “Qarabağ”dan sonra ən az top buraxan komandadı. Müdafiə xəttini yarmaq çətin idi. Bu gün 1 qol oyunun taleyini həll edə bilərdi. Futbolçularım istəkli idi. Bu oyunun mahiyyətini bilirdik. Hər xal bizim üçün vacibdi. Qələbə olsaydı, daha çox sevinərdik. Ancaq bu əziyyətə görə 1 xal da yaxşıdı. Yolumuza davam edirik.
  • Hər 3 əvəzetməni son 12 dəqiqədə etdiz. Bu, futbolçulardan razı olmanızla bağlı idi?
  • Oyunun tempi yüksək olmasa da, mübarizə var idi. Futbolçuların oyunu hardasa məni qane edirdi. Ard-arda 3 epizod oldu ki, məntiqi sonluqla başa çatdırmağa borclu idik. Oyuna sonradan daxil olanlar da nəsə etməyə çalışdı.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button