“Ayntraxt”ın keçmiş məşqçisi “Sumqayıt”da – Rəsmi

“Sumqayıt” Futbol Akademiyasının direktoru vəzifəsinə yeni təyinat gerçəkləşib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifəni Hakan Sünal icra edəcək.

Son olaraq Almaniyanın “FSV Frankfurt” klubunun U-19 komandasının baş məşqçisi və U-16-U-19 arası yaş qruplarının koordinatoru vəzifəsində çalışan Hakan Sünal, “Ayntraxt” (Frankfurt), “SG Rosenhöhe”, “SpVgg Oberroad 05” kimi klublarda məşqçilik fəaliyyəti ilə məşğul olub.

39 yaşlı mütəxəssis həmçinin “M5 Sports” futbol məktəbinin yaradıcısı və sahibi olub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button