Ayaz Quliyev Rusiyada klubunu dəyişdi

Azərbaycan əsilli futbolçu Ayaz Quliyevin yeni klubu müəyyənləşib.

Komanda.az xəbər verir ki, o, karyerasını Rusiya Premyer Liqasına yüksələn “Ximki”də davam etdirəcək.

Bu barədə klubun saytı məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Ayaz Quliyevin son klubu Tula “Arsenal”ı olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button