Overmars “Ayaks”dan ayrılacaq – “Barselona”ya qayıda bilər

“Ayaks”ın idman direktoru Mark Overmars mövsümün sonunda klubdakı işindən ayrılacaq.

Komanda.az xəbər verir ki, bu barədə “De Telegraaf” nəşri məlumat yayıb. Xəbərdə, Overmarsın yeni mövsümdən “Barselona”, ya da “Arsenal”da çalışacağı bildirilir.

Overmars futbolçu karyerası ərzində 1997-2000-ci illərdə İngiltərə “Arsenal”ında, 2000-2004-cü illərdə isə İspaniya “Barselona”sında çıxış edib.

47 yaşlı futbol funksioneri 1992-1997-ci illərdə futbolçu kimi şərəfini qoruduğu “Ayaks”da 2012-ci ildən idman direktoru olaraq çalışır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button