“Ayaks”dan ayrılır – “Barselona”ya keçə bilər

“Ayaks”ın müdafiəçisi Nikolas Taqliafiko yay transfer pəncərəsində komandanı tərk edə bilər.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı futbolçu “Barselona”ya transfer oluna bilər.

29 yaşlı müdafiəçinin “Ayaks”la müqaviləsi 2023-cü ildə başa çatır.

O, 2018-ci ildən Niderland klubunun formasını geyinir.

Bizi Telegramda izləyin