“Ayaks” yeni baş məşqçisini təqdim etdi

Niderlandın “Ayaks” klubu yeni baş məşqçisini təqdim edib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Alfred Sxrederlə 2+1 illik müqavilə imzalanıb.

50 yaşlı mütəxəssis bu postda “Mançester Yunayted”in “sükanı arxasına” keçən Erik ten Haqı əvəzləyib.

Son klubu Belçika “Brügge”si olan Sxreder 2018/2019 mövsümündə “Ayaks”da köməkçi məşqçi işləyib.

Bizi Telegramda izləyin