Pokerlə debüt

“Ayaks” (Niderland) Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Sportinq”i (Portuqaliya) məğlub edib – 5:1.

Komanda.az xəbər verir ki, Amsterdam təmsilçisinin hücumçusu Sebastyan Haller sözügedən oyunda 4 qol vuraraq turnirin tarixinə düşüb. Belə ki, Haller, Çempionlar Liqasında debüt oyununda poker edən ikinci futbolçu olub.

ÇL-də debüt oyununda poker edən ilk futbolçu niderlandlı Marko van Basten olub. O, 1992-ci ildə, “Milan”ın heyətində İsveçin “Göteborq” komandasına qarşı keçirilən oyunda (4:0) 4 qol vurmuşdu.