“Ayaks” Fransa klubundan ayrılan yetirməsi ilə müqavilə bağladı

Fransanın “Tuluza” klubu mövsümün bitməsinə bir tur qalmış dörd futbolçusu ilə yollarını ayıracağını açıqlayıb.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi niderlandlı yarımmüdafiəçilər Branko van den Bomen və Steyn Spirinqs, kapitan Brext Deyaqer və qapıçı Maksim Düpe ilə vidalaşıb.

Liqa 1 təmsilçisi müqavilə müddəti 30 iyuna qədər olan bu oyunçulara xidmətlərinə görə təşəkkür edib.

Artıq Van den Bomenin yeni iş yeri də məlumdur. 27 yaşlı futbolçu ölkəsinin “Ayaks” klubuna transfer olunub. Tərəflər 4 illik müqaviləyə imza atıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button