75 milyonluq futbolçunun əvəzinə 12,5 milyon avroluq oyunçu

Hollandiyanın “Ayaks” klubu mövsümün sonunda “Barselona”ya keçəcək Frenki de Yonqa əvəzləyici tapıb.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, Erediviziya təmsilçisi Belçikanın “Standard” klubundan Razvan Marini transfer edib. Rumıniyalı yarımmüdafiəçiylə 2024-cü ilin yayına qədər sözləşmə imzalanıb.

“Ayaks” 22 yaşlı futbolçu üçün “Standard”a 12,5 milyon avro ödəyəcək. Marin mövsümün sonunda komandaya qoşulacaq.

“Ayaks”ın yarımmüdafiəçisi Frenki de Yonq mövsümün sonunda “Barselona”ya keçəcək. Kataloniya təmsilçisi holland futbolçu üçün hollandlara 75 milyon avro ödəyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button