“Ayaks”dan tarixi göstərici

“Ayaks” Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Beşiktaş”ı məğlub edib – 2:1.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Amsterdam təmsilçisi bu mövsüm turnirdəki çıxışı ilə Niderland tarixinə düşüb. Belə ki, “Ayaks” ölkə futbolu tarixində Çempionlar Liqasında qrup mərhələsinin ilk 5 matçını qazanan ilk komanda olub.

“Ayaks” C qrupunda 15 xalla liderdir.