Qurban Qurbanov: “Ayaks” beş oyunda edə bilmədiyini bu gün etdi”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 6-cı turu çərçivəsində “Ayaks”a qarşı keçirdikləri oyun haqda danışıb.

Komanda.az xəbər verir ki, o, 2:4 hesablı məğlubiyyəti belə şərh edib:

“Öncə rəqibi təbrik etmək istəyirəm. Oyuna gəldikdə, düzünü desəm, futbolçularımdan razı qaldım. Bu qədər sürətli, qol epizodlu oyunlar nadir hallarda olur. Lakin bura Çempionlar Liqasıdır. İstənilən nəticəni gözləmək olar. “Ayaks” 5 oyunda edə bilmədiyini bu gün etdi. Bu gün azarkeşlər də, biz də bərabərlik haqda düşünmürdük.

Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Əsl futbol bayramı idi. Yağışa baxmayaraq, gəlmişdilər. Lakin bu, futboldur. Azarkeşlərimizin ümidini qırmaq istəmirik.

Necə hazırlaşmışıqsa, bunu sona kimi qoruyub saxlamaq istəyirik. Qarşımızda topla yaxşı davranan rəqib var idi. Əgər ümumi qol epizodlarını saysaq, bizdə daha çox epizodu oldu. Dünən hansı hücumları edəcəyimiz haqda çox hazırlaşmışdıq. Çox razı qaldım.

Futbolçularımızda bir az yorğunluq da var idi. Qol epizodlarında diqqətsiz olduq. Rəqib epizodlardan daha yaxşı istifadə etdi. Yağışlı havada belə oyunlara girmək daha çətin olur.

Nəriman daha yaxşı oynaya bilərdi. Həmişə oyunçularımın yanında olmuşam. Oyuna qoşulandan bəri nə qədər güc sərf etdi. Sadəcə, daha yaxşı oynaya bilərdi.

Hər iki komanda eyni səviyyədə idi. Avropadan gələn komandalar hər il bu rejimdə oynayırlar. Mən bu oyuna kənardan baxıb həzz alırdım. Ən yaxşı oyunlardan biri idi. Lakin məğlub olduq, deyəcək heç nə yoxdur.

Bu gün bütün futbolçular üzgün idi. Onlar da maksimum şansdan istifadə etmək istəyirdilər, çox çalışdılar. Çox kefsiz idilər. Pley-offda oynamaq şansımız varsa, maksimum bu şansdan istifadə etməyə çalışacağıq.

Futbol Azərbaycanın yaralı yerdir. 19 yaşlılarımızda fərq bu qədər hiss olunursa, gələcəkdə necə olacaq? Bu, bizim üçün təhlükədir. Fərq daha da böyüyür. Bunun sonu necə olacaq, bilmirəm. Təbii ki, biz şəraitimizi yaxşılaşdırmalıq. İlk dəfədir belə turnirlərdə çıxış edirlər, başa düşmək olar. Lakin Avropa klublarının oyunçuları 17-18 yaşdan belə turnirlərdə çıxış edirlər, inkşaf edirlər. “Ayaks”ın şəraitindən isə danışılası deyil. Onlar bizdən üstündürlər. Lakin pozitiv baxmalıyıq, çalışmalıyıq. Biz ümidsiz olacağıqsa, gərək futboldan uzaqlaşaq. Onlara uyğunlaşmağa çalışmalıyıq. Bu fikirləri bildirməyimdə səbəb odur ki, biz çox geri qalmışıq”.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button