İlk avtoqol müəllifi oldu – “Araz-Naxçıvan”ın tarixində

Numan Kurdiç “Araz-Naxçıvan”ın tarixinə Premyer Liqada avtoqol müəllifi olan ilk futbolçu kimi düşüb.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Muxtar Respublika təmsilçisinin kapitanı 15-ci turda “Səbail”lə matçda topu öz qapısından keçirib.

Bu isə qarşılaşmanın 1:1 hesabı ilə yekunlaşmasına səbəb olub.

Bunadək 44 müxtəlif klubun futbolçuları öz qapılarına qol vurmuşdular. “Araz-Naxçıvan” bu siyahıda 45-ci olub. “Neftçi” hamıdan çox – 23 dəfə, “Şamaxı” 20, “Qarabağ”la “Şüvəlan” hərəsi 18 dəfə belə halla üzləşiblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button