Droqba, Markizio, Trezeqe… – Avstraliya üçün oynayacaqlar

Avstraliyada baş verən meşə yanğınlarında zərər çəkən insanlara yardım məqsədiylə futbol oyunu keçiriləcək.

Komanda.az xəbər verir ki, bu barədə Avstraliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Xeyriyyə matçı mayın 23-də keçiriləcək.

Görüşdə Didye Droqba, Klaudio Markizio, Duayt York, Dario Şimiç, Pak Ci Sun, David Trezeqe, Mark Bosnçik, Emil Heski, Maykl Brices kimi futbol ulduzları iştirak edəcək.

Yanvarın əvvəlində Avstraliyada baş verən meşə yanğınlarında yarım milyarddan çox heyvan tələf olub, 27 nəfər həyatını itirib. 1300-dən çox ev isə yararsız vəziyyətə düşüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button