“Euro Club İndex”: “Qarabağ” yenə çempion olacaq

Avropa çempionatlarındakı klubların vəziyyətlərini araşdıran “Euro Club İndex” saytı, Azərbaycan Premyer Liqasında cari mövsümün çempionunun adını açıqlayıb.

Komanda.az xəbər verir ki, “euroclubindex.com” saytının araşdırmalarına görə, bu mövsüm Premyer Liqada çempion “Qarabağ” olacaq. Ağdam təmsilçisinin çempionluq şansı 84,8 faiz olaraq müəyyən edilib. Hazırda turnir cədvəlində “Qarabağ”la şərikli lider olan “Neftçi”nin şansları isə 15,2 faizdir.

Mövsümün sonunda Premyer Liqanı tərk edəcək klub olaraq isə “Keşlə” göstərilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button