Həftəlik ən çox maaş alan futbolçular SİYAHI

Avropada artıq yay transfer pəncərəsi dövrü bitib.

Komanda.az xəbər verir ki, TOP-5 liqalarında çıxış edən nəhəng klublar heyətlərini yeni ulduzlarla gücləndiriblər.

Klublar koronavirus pandemiyasının səbəb olduğu maliyyə problemlərinə görə artıq futbolçularına verdikləri maaşlara da diqqət etməlidirlər. Bununla yanaşı, nəhəng klublar ulduzları heyətinə qatmaq və ya əllərində saxlamaq üçün onlara böyük məbləğdə maaş verirlər.

Avropada həftəlik ən çox maaş alan PSJ-nin yeni transferi Lionel Messidir. Argentinalı hücumçu həftəlik 1 milyon dollardan çox məvacib alır.

1 Lionel Messi (PSJ) – 1 milyon 325 min dollar
2 Neymar (PSJ) – 836 min dollar
3 Luis Suares (Atletiko) – 793 min dollar
4 Antuan Qrizmann (Atletiko) – 793 min dollar
5 Qaret Beyl (Real) – 690 min dollar
6 Kilian Mbappe (PSJ) – 566 min dollar
7 Kriştiano Ronaldo (Mançester Yunayted) – 531 min dollar
8 Kevin de Bruyne (Mançester Siti) – 531 min dollar
9 David de Xea (Mançester Yunayted) – 517 min dollar
10 Robert Levandovski (Bayern) – 493 min dollar

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button