
Avropa reytinqi: Azərbaycan klublarının mövqeyi məlum oldu
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı reytinq siyahısına əsasən Azərbaycan klublarının Avropa təmsilçiləri arasındakı mövqeyi məlum olub.
Komanda.az xəbər verir ki, dünya reytinqində 96-cı pillədə qərarlaşan “Qarabağ” (154,75 xal) Avropada 64-cüdür.
79,25 xalı olan “Sabah” (dünyada 302-ci) Avropada 175-ci sırada yer alıb.
“Araz-Naxçıvan” (70,25 xalla dünyada 355-ci) 206-cı, “Zirə” (68 xalla dünyada 380-ci) 224-cü pillədə qərarlaşıb.
506 klubun yer aldığı siyahıya Fransa təmsilçisi PSJ (543 xal) başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



