Avropa Oyunları: Orucov finalda

Minskdə keçirilən 2-ci Avropa Oyunlarının cüdo yarışlarının ikinci günündə mübarizə aparan Rüstəm Orucov (73 kq) 1/2 final görüşünə çıxıb.

Komanda.az xəbər verir ki, Rüstəm bu mərhələdə yunanıstanlı Georgios Azoidisə 1 dəqiqə 51 saniyəyə qalib gələrək, adını finala yazdırıb.

Digər Azərbaycan təmsilçisi Hidayət Heydərov bürünc medal uğrunda təsəlliverici görüşdə daha əvvəl Rüstəm Orucovun 1/4 finalda məğlub etdiyi Ermənistan idmançısı Ferdinand Karapetyanı üstələyib. Əlavə vaxtda ipponla qələbə qazanan Heydərov bürünc medal görüşünə vəsiqə qazanıb.