Avropa Oyunları: Azərbaycan yığması İspaniyaya da uduzdu

Çimərlik futbolu üzrə Azərbaycan millisi Polşada təşkil olunan 3-cü Avropa Oyunlarında növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, A qrupunda yer almış yığmamız son matçında İspaniyaya da məğlub olub – 1:7.

Yığma daha öncə Polşa (2:7) və Portuqaliyaya (2:5) da məğlub olmuşdu.

Bu nəticələrdən sonra Azərbaycan yığması 5-8-ci yerlər uğrunda mübarizə aparmaq məcburiyyətində qalıb. Yığma iyunun 30-da 5-8-ci yerlər uğrunda ilk görüşünü keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button