Spartak kimdir? – “Qarabağ”ın oyununda 2-ci dəfə…

Avropa Liqasının qrup mərhələsinin ikinci turunun “Düdelanj” – “Qarabağ” oyununda (1:4) təxribat törədən ermənilərin müəyyənləşdiyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, “ultraqrup birinci erməni cəbhəsi” hadisəni törətdiklərini boynuna alıb. Bu qruplaşma “Ultras” adlanan “facebook” səhifələrində hadisənin Spartak adı ilə tanınan başçıları tərəfindən törədildiyini açıqlayıb.

Spartak adı ilə tanınan erməninin əsl adı isə Artur Zakaryandır. O, Azərbaycanın işğal altında olan Şuşa rayonundandır. Artur, bundan əvvəl də “Qarabağ”ın oyununda təxribata əl atmışdı (Sportal).

Belə ki, o, ötən mövsüm “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda Londonda “Arsenal”la qarşılaşdığı matçda (0:1) da təxribat törətmişdi.

O, 1993-cü ildə öldürülmüş terrorçu Monte Melkonyanın şəkli olan köynəkdə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı ilə 90+3-cü dəqiqədə meydana çıxmışdı. Təxribata görə, Spartakın “Arsenal”ın stadionuna girişi ömürlük qadağandır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button