“Qarabağ”la oyundan əvvəl APOEL-də qalmaqal

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ”la qarşılaşan APOEL-in düşərgəsində oyundan əvvəl münaqişə yaranıb.

Komanda.az yerli mətbuata istinadən xəbər verir ki, Kipr təmsilçisinin futbolçusu Musa Əl-Tamari oyunöncəsi məşqdə start heyətdə olmayacağını biləndə komandanın baş məşqçisi Tomas Dolla etiraz edib. 22 yaşlı hücumçu növbəti gün isə səhər toplantısına qatılmayıb. Buna qəzəblənən Doll, Əl-Tamarini oyunun heyətinə daxil etməyib.

“Qarabağ” – APOEL oyunu qollu bərabərliklə bitib – 2:2.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button