“Qarabağ”ın qayıdacağı vaxt bilindi

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda Lüksemburqun “Düdelanj” klubunu məğlub edən “Qarabağ”ın Azərbaycana gəliş vaxtı məlum olub.

Komanda.az klubun rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi yerli vaxtla 12:00-da (Bakı vaxtıyla 14:00) Azərbaycana geri dönəcək.

“Qarabağ”ı gətirəcək təyyarənin 5 saatlıq uçuşdan sonra saat 19:00-da Bakıya enməsi planlaşdırılır.

“Qarabağ” “Düdelanj”ı 4:1 hesabıyla darmadağın edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button