“Avropa Liqasında xalsız qalmaq istəmirik” – “Hakken”in futbolçusu

“Hakken” klubunun müdafiəçisi Kadir Hodziç Avropa Liqasının H qrupunun son turunda “Qarabağ”a qarşı Bakıda keçiriləcək oyun haqda danışıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu matçdan gözləntilərini bildirib:

“Avropa Liqasında xalsız qalmaq istəmirik. Ona görə də, “Qarabağ”la oyundan öncə “Helsinki” ilə yoldaşlıq görüşünün (3:4) köməyi ilə yenidən güc toplamaq vacib idi”.

“Qarabağ” – “Hakken” matçı dekabrın 14-də Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 21:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button