Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb

UEFA Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində keçirilən püşkatma mərasimində 8 qrupun tərkibi müəyyənləşib. Azərbaycan çempionu “Qarabağ” G qrupunda “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya) və “Nant”la (Fransa) qarşılaşacaq:

UEFA Avropa Liqası, qrup mərhələsi

A qrupu: Arsenal (İngiltərə), PSV (Niderland), Bude Qlimt (Norveç), Sürix (İsveçrə)

B qrupu: Dinamo (Kiyev, Ukrayna), Renn (Fransa), Fənərbaxça (Türkiyə), AEK (Larnaka, Kipr)

C qrupu: Roma (İtaliya), Ludoqorets (Bolqarıstan), Betis (İspaniya), HJK (Finlandiya)

D qrupu: Braqa (Portuqaliya), Malmö (İsveç), Yunion (Berlin), Yunion (Belçika)

E qrupu: Mançester Yunayted (İngiltərə), Real Sosyedad (İspaniya), Şerif (Moldova), Omoniya (Kipr)

F qrupu: Latsio (İtaliya), Feyenoord (Niderland), Midtülland (Danimarka), Şturm (Avstriya)

G qrupu: Olimpiakos (Yunanıstan), Qarabağ (Azərbaycan), Frayburq (Almaniya), Nant (Fransa)

H qrupu: Srvena Zvezda (Serbiya), Monako (Fransa), Ferentsvaroş (Macarıstan), Trabzonspor (Türkiyə)

Avropa Liqasında qrup mərhələsin oyunlarına sentyabrın 8-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button