“Avropa Liqasında qələbəyə iddialıyıq” – Xavi

“Barselona”nın baş məşqçisi Xavi komandasının Çempionlar Liqasının qrup mərhələsində əldə etdiyi yekun nəticələrdən danışıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, düşuncələrinin mənfi olduğunu deyib:

“Düşüncələrim mənfidir. Pley-off bizim əlimizdə idi, lakin şanslarımızdan yararlana bilmədik. “Bayern” və “İnter” bunu bacardı. Nə Münhendə, nə də Milanda qalib gələ bilmədik… Mən fikirlərimi belə yekunlaşdırıram. Deyərdim ki, biz Avropa Liqasında qələbəyə iddialıyıq. Qarşıda turnirin püşkatma mərasimi var və “Barsa” qələbəyə iddialıdır”.

C qrupunda “Bayern” (18 xal) və “İnter” (10 xal) Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib. “Barselona” (7 xal) üçüncü yerdədir və Avropa Liqasının pley-off mərhələsində çıxış edəcək. “Viktoriya” bir xal belə toplaya bilməyib və turniri sonuncu yerdə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button