Avropa Liqasında ilkin mərhələyə yekun vuruldu

Futbol üzrə Avropa Liqasında ilkin mərhələyə yekun vurulub.

Komanda.az xəbər verir ki, bu gün baş tutan altı oyunla 1-ci təsnifat mərhələsinə vəsiqə qazanan bütün kollektivlərin adına aydınlıq gəlib.

İki gün öncə bu sevinci yaşamış Cəbəllütariqin “Sent Jozefs” klubundan sonra, “Proqres” (Lüksemburq), “Enqordani (Andorra), “Ballimena Yunayted” (Şimali İrlandiya), “Europa” (Cəbəllütariq), “Kliftonvill” (Şimali İrlandiya) və “Klaksvik” (Farer adaları) də 1-ci təsnifat mərhələsinə vəsiqə qazanıb.

Avropa Liqası, ilkin mərhələ, cavab oyunları

2 iyul

Sent Jozefs (Cəbəllütariq) – Priştina (Kosovo) 2:0 (ilk oyun 1:1)

4 iyul

Kardiff Met Universiti (Uels) – Proqres (Lüksemburq) 2:1 (0:1)

Enqordani (Andorra) – La Fiorita (San Marino) 2:1 (1:0)

Runavik (Farer adaları) – Ballimena Yunayted (Şimali İrlandiya) 0:0 (0:2)

Europa (Cəbəllütariq) – San-Xulia (Andorra) 4:0 (2:3)

Kliftonvill (Şimali İrlandiya) – Barri Taun (Uels) 4:0 (0:0)

Tre Fiori (San Marino) – Klaksvik (Farer adaları) 0:4 (1:5)

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button