Avropa Liqasında daha iki matçın yeri dəyişdirildi

UEFA futbol üzrə Avropa Liqasının 1/16 final mərhələsinin daha iki oyununun yerini dəyişdirməyə qərar verib.

Komanda.az xəbər verir ki, bu mərhələnin “Volfsberger” (Avstriya) – “Tottenhem” (İngiltərə) və “Arsenal” (İngiltərə) – “Benfika” (Portuqaliya) görüşləri öncədən nəzərdə tutulmuş stadionlarda keçirilməyəcək.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Buna koronavirus pandemiyasına görə tətbiq olunan karantin qaydaları və məhdudiyyətlər səbəb göstərilir.

“Tottenhem”in “Volfsberger”lə ilk oyunu fevralın 18-də Avstriyada keçirilməli idi. Lakin bu komandaları arasındakı ilk matç Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da baş tutacaq.

“Arsenal”la “Benfika”nın isə fevralın 25-də Londonda keçirilməli olan cavab qarşılaşması Yunanıstanda baş tutacaq. Sözügedən matç “Olimpiakos”un stadionunda təşkil olunacaq.

Qeyd edək ki, “Arsenal”ın “Benfika” ilə fevralın 18-də keçirilməli olan ilk matçı da Portuqaliyada yox, İtaliyanın paytaxtı Romada, “Olimpiko” stadionunda baş tutacaq. Daha öncə həmin günə nəzərdə tutulan görüşlərdən “Molde” (Norveç) – “Hoffenhaym” (Almaniya) görüşü Vilyarrealdakı “Seramika”, “Real Sosyedad” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) matçı isə Turindəki “Yuventus” stadionuna təyin olunmuşdu.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button