Avropa Liqasında daha beş komanda mərhələ adladı

Futbol üzrə Avropa Liqasında 2020/21 mövsümünün ilkin mərhələ həyəcanı davam edir.

Komanda.az xəbər verir ki, bu gün daha 5 oyun keçirilib.

UEFA-nın qərarına əsasən, mərhələlər bir matçdan ibarət olduğundan, cütlüklərdə qələbə qazanan B-36, “Runavik”, “Qlentoran”, “Kolreyn” və “İskra” 1-ci təsnifat mərhələsinə vəsiqə əldə ediblər. Məğlub olanlar üçün isə avrokubok mövsümü başa çatıb.

“Linkoln” (Cəbəllütariq) – “Priştina” (Kosovo) oyunundan sonra mərhələnin bu gün keçirilməli olan “Tre Penne” (San-Marino) – “Qjilani” (Kosovo) görüşü də ikincilərin futbolçusunda koronavirus infeksiyasına yoluxma aşkarlandığı üçün təxirə salınıb.

Avropa Liqası
İlkin mərhələ

20 avqust

Sent Cozefs (Cəbəllütariq) – B-36 (Farer adaları) 1:2
Qol
: Boro, 30 – Przibilski, 28. Mellemqard, 43.

Runavik (Farer adaları) – Barri Taun (Uels) 5:1
Qol: Olsen, 52; 63; 74. Knudsen, 67. Lokin, 83 – Maklaqqon, 88.

Santa Koloma (Andorra) – İskra (Monteneqro) 0:0 (penaltilər 3:4)

Qlentoran (Şimali İrlandiya) – Torshavn (Farer adaları) 1:0
Qol
: Makdaid, 42

Kolreyn (Şimali İrlandiya) – La Fiorita (San-Marino) 1:0
Qol
: Maklauqlin, 89.

Tre Penne (San-Marino) – Qjilani (Kosovo) oyunu təxirə salınıb

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button