Avropa Liqası: “Qarabağ”ın üzvü rəmzi komandada

“Qarabağ”ın oyunçusu Yassin Benziya Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra açıqlanan rəmzi komandaya düşüb.

Komanda.az xəbər verir ki, həftənin rəmzi komandası “Sofa Score” tərəfindən hazırlanıb.

8 balla qiymətləndirilən Benzia “Bayer”ə qarşı matçda bir qolla yadda qalıb:

Qapıçı: Noa Atubolu (“Frayburq”);

Müdafiəçilər: Evan Ndika (“Roma”), Şansel Mbemba-Manqulu (“Marsel”), Canluka Mançini (“Roma”);

Yarımmüdafiəçilər: Yassin Benzia (“Qarabağ”), Stefan El-Şaaravi (“Roma”), Aleksis Makallister (“Liverpul”), Anxel Di Mariya (“Benfika”);

Hücumçu: Pyer-Emerik Obameyanq (“Marsel”), Canluka Skamakka (“Atalanta”), Darvin Nunyes (“Liverpul”).

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Almaniyanın “Bayer” klubu ilə heç-heçə (2:2) edib. Komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button