Avropa Liqası: “Qarabağ”ın futbolçusu ilk 5-likdə

“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə UEFA Avropa Liqasının qrup mərhələsinin oyunlarında ən çox top uzaqlaşdıran futbolçuların siyahısında yer alıb.

Komanda.az xəbər verir ki, bu barədə yarışın rəsmi “feysbuk” səhifəsi paylaşım edib.

“Köhlən atlar”ın 25 yaşlı müdafiəçisi 2 oyunda 8 dəfə buna müvəffəq olub. O, bu göstəriciyə görə 3-5-ci yerləri bölüşdürür.

İlk sırada “Qarabağ”ın qrupdakı rəqibi olan Fransa “Nant”ında çıxış edən Nikolya Pallua (12) qərarlaşıb. Macarıstan “Ferentsvaroş”undan Sami Mmae (11) 2-ci yerdədir.

Avropa Liqasının qrup mərhələsinin ilk turunda Almaniyada “Frayburq”a 1:2 hesabı ilə uduzan “Qarabağ”, 2-ci turda Bakıda “Nant”ı 3 cavabsız qolla məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button