
Avropa Liqası: “Qarabağ” səfərdə “Vestri” ilə üz-üzə gələcək
“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq.
Komanda.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 1-ci təsnifat mərhələsinin cavab oyununda İslandiyanın “Vestri” klubunun qonağı olacaq.
Qarşılaşma iyulun 16-dan 17-nə keçən gecə Reykyavikdəki “Torfnesvöllur” stadionunda, saat 00:00-da start götürəcək. Görüşü çexiyalı FİFA referisi Marek Radina idarə edəcək.
Bakıdakı ilk matçda “köhlən atlar” 3 cavabsız qolla qalib gəlib.
“Qarabağ” “Vestri” səddini keçəcəyi halda növbəti mərhələdə ÇSKA (Sofiya, Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



