Avropa Liqası: “Qəbələ”nin potensial rəqibləri məlum oldu

“Qəbələ” Avropa Liqasının 3-cü təsnifat mərhələsinə vəsiqə qazanacağı halda, qarşılaşa biləcəyi rəqiblər müəyyənləşib.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar”, turnirin 2-ci təsnifat mərhələsində “Dinamo” (Tbilisi) klubunu mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə səpələnməmişlər səbətində yer alacaq. Bu isə o deməkdir ki, əyalət təmsilçisi nisbətən güclü klublarla qarşılaşacaq.

Avropa Liqası, 3-cü təsnifat mərhələsi

Səpələnmişlər

“Hapoel Bier-Şeva” (İsrail) – “Kayrat” (Qazaxıstan) cütünün qalibi
“Apollon” (Kipr) – “Şemrok Rovers” (İrlandiya) cütünün qalibi
“Torino” (İtaliya) – “Debretsen” (Macarıstan) cütünün qalibi
“Viktoriya” (Çexiya) – “Olimpiakos” (Yunanıstan) cütünün məğlubu (Çempionlar Liqası)
“Feyenoord”

Səpələnməmişlər

“Austria” (Avstriya)
“Norçeppinq” (İsveç) – “Liepaya” (Latviya) 
“Qəbələ” (Azərbaycan) – “Dinamo” (Tbilisi, Gürcüstan)
“Şaxtyor” (Soliqorsk, Belarus) – “Esberq” (Danimarka)
“Antverpen” (Belçika)