Avropa Liqası: Mövsümün rəmzi komandası FOTO

UEFA Avropa Liqasında 2019/20-ci ilin rəmzi komandası müəyyənləşib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, rəmzi heyətdə 23 futbolçunun adı qeyd olunub:

Qapıçılar: Samir Handanoviç (“İnter”), Yassin Buno (“Sevilya”), Karl-Yohan Yonsson (“Kopenhagen”);

Müdafiəçilər: Serxio Reqilon, Xesus Navas, Jul Kunde (hamısı “Sevilya”), Stefan de Virj (“İnter”), Konor Kodi (“Vulverhempton”), Conatan Ta (“Bayer”);

Yarımmüdafiəçilər: Bruno Fernandes, Fred (hər ikisi “Mançester Yunayted”), Ever Baneqa (“Sevilya”), Kay Haverts (“Bayer”), Tayson (“Şaxtyor”, Donetsk), Nikolo Barella, Marselo Brozoviç (hər ikisi “İnter”), Fabian Frey (“Bazel”);

Hücumçular: Romelu Lukaku, Lautaro Martines (hər ikisi “İnter”), Markus Reşford (“Mançester Yunayted”), Lukas Okampus, Munir Əl Haddadi, Luk de Yonq (hamısı “Sevilya”).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button