“Başakşəhər” 1/8 finalda, “Arsenal” mübarizəni dayandırdı

Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçirilir.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. İlk oyunda səfərdə “Reyncers”ə 2:3 hesabıyla uduzan “Braqa” bu dəfə rəqibini doğma azarkeşləri qarşısında qəbul edib. Bu oyunda da qələbəni Şotlandiya təmsilçisi bayram edib və 1/8 finala yüksəlib.

Türkiyənin “Başakşəhər” klubu “Sportinq”lə qarşılaşıb. İlk oyunda rəqibinə 1:3 hesabıyla uduzan İstanbul təmsilçisi doğma meydanda 4:1 hesablı qələbə qazanmaqla növbəti mərhələyə yüksəlib.

İngiltərənin “Arsenal” klubu “Olimpiakos”u, “Mançester Yunayted” isə “Brügge”ni qəbul edib. “Topçular” Yunanıstan təmsilçisinə doğma meydanda uduzaraq mübarizəni dayandırıblar. “Qırmızı şeytanlar” isə cavab görüşündə 5 cavabsız qolla qələbə qazanıblar.

Renat Dadaşovun formasını geyindiyi “Vulverhempton” ilk matçda 4:0 hesabıyla məğlub etdiyi “Espanyol”a səfərdə uduzsa da, mərhələ adlayıb.

“Zalsburq” – “Ayntraxt” qarşılaşması isə güclü külək səbəbindən təxirə salınıb.

Avropa Liqası, 1/16 final mərhələsi, cavab oyunları

26 fevral

Braqa (Portuqaliya) – Reyncers (Şotlandiya) 0:1
Qol
: Kent, 61.
İlk oyun 2:3

27 fevral

Başakşəhər (Türkiyə) – Sportinq (Portuqaliya) 4:1
Qol
: Şkrtel, 31. Aleksiç, 45. Vişça, 90+2; 119-pen – Vietto, 68.
İlk oyun 1:3

Bazel (İsveçrə) – APOEL (Kipr) 1:0
Qol
: Frey, 38-pen.
İlk oyun 3:0

Espanyol (İspaniya) – Vulverhempton (İngiltərə) 3:2
Qol
: Kalyeri, 16; 57-pen; 90+1 – Traore, 22. Doherti, 79.
İlk oyun 0:4

Portu (Portuqaliya) – Bayer (Almaniya) 1:3
Qol
: Mareqa, 65 – Alario, 10. Demirbay, 50. Haverts, 58.
İlk oyun 1:2

Gent (Belçika) – Roma (İtaliya) 1:1
Qol
: David, 25 – Klyuvert, 29.
İlk oyun 0:1

LASK (Avstriya) – Alkmaar (Niderland) 2:0
Qol
: Raquz, 44-pen; 50.
İlk oyun 1:1

Malmö (İsveç) – Volfsburq (Almaniya) 0:3
Qol
: Brekalo, 42. Gerhardt, 65. J.Viktor, 69.
İlk oyun 1:2

Ayaks (Niderland) – Xetafe (İspaniya) 2:1
Qol
: Danilo, 10. M.Oliveyra, 63-öz qapısına – Mata, 5.
İlk oyun 0:2

Arsenal (İngiltərə) – Olimpiakos (Yunanıstan) 1:2
Qol
: Obameyanq, 113 – Sisse, 53. El Arabi, 119.
İlk oyun 1:0

Benfika (Portuqaliya) – Şaxtyor (Donetsk, Ukrayna) 3:3
Qol
: Pitsi, 9. R.Dias, 36. R.Silva, 47 – R.Dias, 12-öz qapısına. Stepanenko, 49. A.Patrik, 71.
İlk oyun 1:2

Seltik (Şotlandiya) – Kopenhagen (Danimarka) 1:3
Qol
: Eduard, 82-pen – Santos, 51. Biel, 85. Ndoye, 88.
İlk oyun 1:1

İnter (İtaliya) – Ludoqorets (Bolqarıstan) 2:1
Qol
: Biraqi, 32. Lukaku, 45+4 – O.Souza, 26.
İlk oyun 2:0

Mançester Yunayted (İngiltərə) – Brügge (Belçika) 5:0
Qol
: B.Fernandes, 27-pen. İqalo, 34. Maktominay, 41. Fred, 82; 90+3.
İlk oyun 1:1

Sevilya (İspaniya) – ÇFR (Kluj, Rumıniya) 0:0
İlk oyun 1:1

00:00 Zalsburq (Avstriya) – Ayntraxt (Frankfurt, Almaniya) matçı təxirə salınıb
İlk oyun 1:4

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button