Avropa Liqası: “Barselona” “Qalatasaray”ı dayandırdı

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

Komanda.az xəbər verir ki, bütün türk dünyasının gözü İstanbulda olub. Burada “Qalatasaray” “Barselona”nı qəbul edib. “Kamp Nou”da qeydə alınan qolsuz bərabərlikdən sonra “sarı-qırmızılı” tərəfdarların möcüzəyə inamı artmışdı. Amma cavab görüşündə qələbəni İspaniya təmsilçisi bayram edib.

İlk oyunda 5 qolun vurulduğu “Bayer” – “Atalanta” matçının “ikinci hissə”si də bolqollu gözlənilirdi. Lakin İtaliya klubu səfərdə minimal hesabla qalib gəlib və növbəti mərhələyə vəsiqəni təmin edib.

Gecənin maraqlı oyunlarından biri Fransada “Lion” və “Portu” arasında olub. Bu komandaların ilk duelindən Pireney təmsilçisi minimalhesablı məğlubiyyətlə ayrılmışdı. Cavab görüşündə isə heç-heçə qeydə alınıb və bu nəticə fransızları növbəti mərhələyə daşıyıb.

Bu mərhələnin bir oyunu keçirilməyib. Belə ki, Ukrayna – Rusiya münasibətlərinə görə “Spartak” avrokuboklardan kənarlaşdırıldığı üçün onların rəqibi Almaniya “Leyptsiq”i birbaşa 1/4 finala adlayıb.

Avropa Liqası, 1/8 final, cavab oyunları

17 mart

Bayer (Almaniya) – Atalanta (İtaliya) 0:1
Qol: Boqa, 90+1.
Baş hakim: Fransua Leteksye (Fransa)
İlk oyun – 2:3

Qalatasaray (Türkiyə) – Barselona (İspaniya) 1:2
Qol: Markao, 28 – Pedri, 37. Obameyanq, 50.
Baş hakim: Daniele Orsato (İtaliya)
İlk oyun – 0:0

Monako (Fransa) – Braqa (Portuqaliya) 1:1
Qol: Disasi, 90+1 – A.Ruis, 20.
Baş hakim: Andreas Ekberq (İsveç)
İlk oyun – 0:2

Srvena Zvezda (Serbiya) – Reyncers (Şotlandiya) 2:1
Qol: İvaniç, 10. Ben, 90+3-pen – Kent, 56.
Baş hakim: İştvan Kovaç (Rumıniya)
İlk oyun – 0:3

Lion (Fransa) – Portu (Portuqaliya) 1:1
Qol: Dembele, 13 – Pepe, 27.
Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)
İlk oyun – 1:0

Ayntraxt (Almaniya) – Betis (İspaniya) 1:1
Qol: Hinteregger, 120+1 – B.İqlesias, 90.
Baş hakim: Maykl Oliver (İngiltərə)
İlk oyun – 2:1

Vest Hem (İngiltərə) – Sevilya (İspaniya) 2:0
Qol: Souçek, 39. Yarmolenko, 112.
Baş hakim: Kleman Tyurpen (Fransa)
İlk oyun – 0:1