Avropa Liqası: 3-cü mərhələnin püşkü atıldı

UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki püşkatmada 7 cütün tərkibi müəyyənləşib.

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində mübarizəni dayandıran komandalar Avropa Liqasında çıxış edəcək.

Bu mərhələnin ilk oyunları avqustun 4-də, cavab matçları avqustun 11-də olacaq.

UEFA Çempionlar Liqası

Çempionlar Yolu
“Jalgiris” (Litva) / “Malmö” (İsveç) cütünün məğlubu – “Pünik” (Ermənistan) – “Düdelanj” (Lüksemburq) cütünün məğlubu
“Ludoqorets” (Bolqarıstan) / “Şemrok Rovers” (İrlandiya) cütünün məğlubu – “Dinamo” (Zaqreb, Xorvatiya) / “Şkupi” (Şimali Makedoniya) cütünün məğlubu
“Linfild” (Şimali İrlandiya) / “Bude Qlimt” (Norveç) cütünün məğlubu – “Qarabağ” (Azərbaycan) / “Sürix” (İsveçrə) cütünün məğlubu
“Makkabi” (Hayfa, İsrail) / “Olimpiakos” (Yunanıstan) cütünün məğlubu – “Ferentsvaroş” (Macarıstan) / “Slovan” (Bratislava, Slovakiya) cütünün məğlubu
“Maribor” (Sloveniya) / “Şerif” (Moldova) cütünün məğlubu – HJK (Helsinki, Finlandiya) / “Viktoriya” (Plzen, Çexiya) cütünün məğlubu

Liqa yolu
“Midtülland” (Danimarka) / AEK (Larnaka, Kipr) cütünün məğlubu – “Partizan” (Serbiya)
“Dinamo” (Kiyev, Ukrayna) / “Fənərbaxça” (Türkiyə) cütünün məğlubu – “Slovaçko” (Çexiya)

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button