“Ayaks”la “Başakşəhər” uduzdu, “Arsenal”la “İnter” qalib gəldi

Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunlarına start verilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun formasını geyindiyi “Vulverhempton” klubu doğma azarkeşləri qarşısında “Espanyol”u qəbul edib və darmadağına sevinib. Avropa Liqası üçün sifariş olunan Renatın bu oyunda iştirak edəcəyi gözlənilsə də, o, “18-lik”də yer almayıb.

Türkiyənin “Başakşəhər” klubu bu mərhələdə Portuqaliya “Sportinq”iylə qarşılaşıb və məğlub olub. İngiltərənin “Mançester Yunayted” klubu “Brügge” ilə heç-heçəyə razılaşıbsa, Londonun “Arsenal”ı “Olimpiakos”un qonağı olub və minimal hesablı qələbəyə sevinib.

Avropa Liqası, 1/16 finalın ilk oyunları

20 fevral

ÇFR (Rumıniya) – Sevilya (İspaniya) 1:1
Qol
: Deaç, 59-pen – En Nesiri, 82.

Brügge (Belçika) – Mançester Yunayted (İngiltərə) 1:1
Qol
: Dennis, 15 – Marsyal, 36.

Ayntraxt (Frankfurt, Almaniya) – Zalsburq (Avstriya) 4:1
Qol
: Kamada, 12; 43; 53. Kostiç, 56 – Huanq, 85-pen.

Kopenhagen (Danimarka) – Seltik (Şotlandiya) 1:1
Qol
: Ndoye, 52 – Eduard, 14.

Xetafe (İspaniya) – Ayaks (Niderland) 2:0
Qol
: Deyverson, 38. Kenedi, 90+3.

Ludoqorets (Bolqarıstan) – İnter (Milan) 0:2
Qol
: Eriksen, 71. Lukaku, 90+4-pen.

Şaxtyor (Donetsk, Ukrayna) – Benfika (Portuqaliya) 2:1
Qol
: Patrik, 56. Kovalenko, 72 – Pitsi, 67-pen.

Sportinq (Portuqaliya) – Başakşəhər (Türkiyə) 3:1
Qol
: Koates, 3. Sporar, 44. Vietto, 51 – Vişça, 77-pen.

APOEL (Kipr) – Bazel (İsveçrə) 0:3
Qol
: Petretta, 16. Stokker, 53. Artur, 66.

Roma (İtaliya) – Gent (Belçika) 1:0
Qol
: K.Peres, 13.

Alkmaar (Niderland) – LASK (Avstriya) 1:1
Qol
: Kopmeyners, 86-pen – Raquz, 26.

Bayer (Almaniya) – Portu (Portuqaliya) 2:1
Qol
: Alario, 29. Haverts, 57-pen – L.Dias, 73.

Olimpiakos (Yunanıstan) – Arsenal (İngiltərə) 0:1
Qol
: Lakazette, 81.

Reyncers (Şotlandiya) – Braqa (Portuqaliya) 3:2
Qol
: Haci, 67; 82. Aribo, 75 – Fransercio, 11. Ruis, 59.

Volfsburq (Almaniya) – Malmö (İsveç) 2:1
Qol
: Brekalo, 49. Mehmedi, 62 – Telin, 47-pen.

Vulverhempton (İngiltərə) – Espanyol (İspaniya) 4:0
Qol
: Jota, 15; 67; 81. Neves, 52.